Month: January 2012

Millət yoxsa kütlə(r)?

Deyilənə görə, Azərbaycan xalqının qədim tarixi var, bu fikirlə müəyyən qədər razılaşıram. Hərçənd ki, tariximizi Y.Məmmədov kimi tarixini dananlar yazır, hər nəysə….Mən çox uzun getməyəcəm, çünki yaşım da buna imkan vermir. Müasir dövrdən yazmaq istəyirəm, yəni 1980 – ci illərin sonları, 90 – cı illərin əvvəllərindən. Bildiyimiz kimi Azərbaycan 1920 – ci ildən SSRİ – nin tərkibində idi. 80 – ci illərin sonlarından vətənpərvər insanların Əbülfəz Elçibəyin ətrafında birləşməsi, Azərbaycanın tarixində tam dönüş yaratdı. Bir millət olduğumuzu, hansı millətə məxsus olduğumuzu dərk etdirdi.  Uzun sürən mücadələdən sonra Azərbaycan öz müstəqilliyinə qovuşdu. Bu müstəqillikdə sözsüz ki, lider Ə.Elçibəyin xidmətləri danılmazdır. 1991 – ci ildə Azərbaycan öz müstəqilliyini elan etdi və müstəqil bir dövlət olaraq, quruculuq işlərinə başlanıldı. İlk öncə danılmağa başlanılan soy – kökü bərpaya başlanıldı – Türkçülüyə…Rusiyanın yürütdüyü erməniləşdirmə – ruslaşdırma siyasətinə son qoymaq lazım idi. Elçibəy hər işdə Türkiyənin köməyinə arxalanırdı, o, özünü Atatürkün əsgəri hesab edirdi. Dövlət dili Azərbaycan türkcəsi olmalı idi. Bir sözlə Azərbaycan öz kökünə – Oğuz türklüyünə qayıdacaqdı….Lakin çox təəssüf ki, hər şey yarımçıq qaldı. Məlum səbəblərə görə yenidən millətçilik getdi, yerinə manqurtluq gəldi. Elçibəy hakimiyyəti devrildi, yenidən Rusiya müstəmləkəçiliyi dövrü başlanıldı. Qarabağ müharibəsi başladı, minlərlə şəhid verdik və çox təəssüf  ki, arxadan vurulan zərbəylə torpaqlarımız işğal olundu. Biz onsuz da arxadan gələn zərbələrə öyrəşmişik….

Millət ifadəsi mənim aləmimdə geniş bir anlamdır. Xalqlar tarixdə qalmaq, yaşamaq üçün millət anlamı altında birləşir. Millət – bir inam altında birləşən, bir əqidəyə malik topluma deyilir. Azərbaycan xalqı millətdən çox, kütləyə bənzəyir. Bu fikrimi söyləməkdə, bir neçə real olan hadisələrə əsaslanıram. Azərbaycan xalqında artıq millətçilik yoxdur, sadəcə “Mən” anlayışı var, “Biz” anlayışı elə 1991 – ci ildə qaldı. Və yenidən soy – kökdən uzaqlaşma….Türkçülük getdi, yenidən erməni – kürd işbirliyi meydana gəldi. Xalqda mübarizə əzmi öldürüldü, kimsə göz önündəki reallıqlara qarşı çıxmır, səsini çıxarmır. Səsini çıxaranlar isə ya öldürülür, ya da həbs edilir (E.Məcidli, B.Hacıyev, T.Abbaslı, C.Savalanlı və s.). Min bir bəhanələrlə şər atılır azadlıq carçılarına…fərarilik nə bilim, narkotik,..əslində bütün nazir övladları fəraridir, qaçaqmalçıdır,..TV və medianın yalançı xəbərləri ilə xalqın başını qatıb, onlara saxtakarlıqlarla aldadırlar….sadəcə əl şalmağı və əyilib qalxmağı tərənnüm edirlər……..Bu gedişlə əyilib qalxmaqdan belimiz tutulacaq….

Advertisements

Bərdə Rayon Şorəlli kənd orta məktəbi

Hər dəfə Bərdə rayonunun məktəblərinə gedəndə “Gənclər bizim gələcəyimizdir” ifadəsinin daha da mənasızlaşdığını görürəm və ümidlərim daha da ölür. Bugun də bir neçə kənd məktəblərində oldum. Gördüyüm mənzərə isə dəhşətdir, belə şəraitdə olan məktəblərdə yetişən gənclərimizdən hansı gələcəyi gözləmək olar axı?!!!! Qayğıdan danışan dövlət! Hara baxırsan? Hara gedir bu qədər maliyyə?????????? Bərdə Rayon Şorəlli kənd orta məktəbi

Evlənmək yoxsa evləndirmək?!!!!

21 – ci əsr olmasına baxmayaraq, Azərbaycanda, xüsusən də rayon və kəndlərdə ailə qurmaq  “bizim mentalitetimizə” uyğunlaşdırılır, bu işdə isə ən dəbdə olan vasitə aradüzəldənlər xalqımızın ən yaxın köməkçiləridir. Deməli hadisələr təxminən belə cərəyan edir: Oğlanın evlənmə yaşı çatır, artıq valideynlər nəvə istəməyə başlayırlar, uzun müddət oğlana evlən deyə dirəşirlər, nəhayət ki, oğlan bezir və deyir ki, gedin mənə qız tapın, xoşuma gəlsə alacam. Beləliklə aradüzəldənlər –  qadınlar və ya kişilər keçirlər iş başına, düşürlər rayonun və ya kəndin canına. Niyə məhz rayon və kənd? Çünki düşünürlər ki, şəhər qızları çoxbilmiş və ya el dilində desək, hayasız olurlar. Çox çəkmir ki, standardlara cavab verə bilən namizədlər tapılır. Standardlar isə təxminən belədir: qoçaq, evdar, əlindən hər iş gələn, qaşı bığı hamısı yerində olan, ata – anasının sözünü eşidən, internətdən xəbəri olmayan, bir sözlə namuslu, qeyrətli ev qızı…amma bu aralar geniş yayılan  standardlardan biri də müəllimə və ya tibb bacısı olmaqdır. Oğlana xəbər verilir ki, gedək qıza bir bax. Oğlan qızı görməsə də olar, bir dəfə şəklinə baxır və anasının da xoşuna gəlirsə, vəssalam bu iş düzəlir.  Keçək qız tərəfinə – ali təhsili olmayan qızların standardları: evi olsun, ata – anasıyla yaşasa da olar, bir sürü mal – qarası olsun, mənə çoxlu qızıl – qatar alsın. Təhsilli qızların standardları: şəhərdə evi olsun, xarici maşını olsun, yaxşı pulu olsun. Xatırladım ki, bütün bu standardlar aradüzəldənlər vasitəsiylə qurulan ailələrdən bəzi nümunələrdir…gələcəkdə isə bu yolla qurulan ailələrin əksəriyyətində ailə üzvləri arasında hörmət olmur, qadın nəsil artırmaq üçün bir vasitə olur, kişilər isə kefləri istədiyi kimi yaşayan varlıq….2 – 3 il keçir, kişilər başlayır səhər – axşam gəzməyə, qadın səsini çıxaranda isə cavabları da o olur ki, çayını – çörəyini verirəm, əyninə – başına alıram, da nə istəyirsən, ye, iç kef elə, səsini çıxarma…..

Ailə müqəddəs bir anlamdır və ailə qurarkən hər iki insanın bir – birilərinə hörmət etmələri önəmlidir. Mən bu mövzuda danışanda hər zaman böyüklərdən eşitdiyim bir söz olur: “Ağzın isti yerdədir, ona görə danışma, sən bilmirsən”…

Şahidi olduğum bir hadisə barədə danışım: deməli bir ailə var, evdə ana və bacı xəstədir, ata və oğlana baxmaq üçün oğlanı evləndirmək lazım idi. Qohum – əqrəbalar başladılar qız axtarmağa, və nəhayət qonşu kənddən bir qız tapdılar. Uşaq desək daha doğru olar. 15 yaşlı, 2 qardaşın bir bacısı, bir qız. Oğlanın isə 20 yaşı var. 11.11.2011 – ci ildə toyları oldu. Həmin ailənin çörəyini bişirmək üçün qonşular növbəyə durur. Gəlin gəlməsinə baxmayaraq, uşaq olduğu üçün təndirə çörək bişirə bilmir, ağır işləri edə bilmir, axı o hələ uşaqdır…………

Uşaq arzuları hələ də başında olan bu qızı bu yaşda evləndirməyə nə ehtiyac vardı axı? Heç onun nikaha girməyə yaşı da düşmür,  qanunvericilikdə nikah yaşı 18 yaş hesab edilir. Kimdir günahkar? Valideynlərmi? Qızın özümü? Yoxsa cəmiyyətmi?…..