Month: August 2012

“Yalnızlıq ən böyük sərvətdir” – Goethe

-İnsan tək başına xəyal qurar, tək başına acı çəkərək, tek başına ölər ( Henri Frederic Amiel )

Bəs onda biz niyə təklikdən çox vaxt şikayətçi oluruq? Məgər o deyilmi, hər zaman bizimlə olan, bizi heç vaxt tərk etməyən?
Tənhalıq mənim yol yoldaşım, heç vaxt məndən bezməyən, heç vaxt məni üzməyən, heç vaxt məni “nə olub?” sualı ilə atəşə tutmayan, hər zaman mənimlə olan, nə qədər danışsamda məndən bezməyən və nə olursa olsun məndən inciməyən, hər zaman mənə dəstək olan, xəyallarımı və arzularımı bölüşdüyüm tək varlıq, paylaşıla bilməyən dostumdur.
Tənhalıq – insanın özüdür, susmağına rəğmən, içində haykırarak, bütün dünyaya səs salmaqdır, hər səhər və hər gecə səninlə birgə olan, səni dinləyən və bütün nazını çəkəndir…..
Tənhalıq bəzən bir dənizdə, bəzən gün batımında, bəzən isə gecənin səssizliyindədir. Bəzən sakit və ya tünlük küçələrdə, bəzən səhrada və ya sıx meşənin ortasında bir gəzintidir tənhalıq… Bəzən dənizin dalğaları qədər çılğın, bəzən də masum bir körpənin yuxusu qədər sakitdir… tənhalıq bəzən yağışın yağmasında, bəzən əllərinə düşən qar dənəciklərində, bəzən bir yaz küləyində, bəzən çiçəklərin ətrindədir….tənhalıq bəzən isə bir yola bənzəyir, uzun bir yola, sonu olmadığını düşündüyün bir yol, lakin ən sonda çatdığın bir yola…. 
Tənhalıq bəzən böyük bir insan kütləsinin içində, özün olmaqdır, tənhalıq düşünə bilməkdir… tənhalıq həm ağlamaq, həm gülməkdir. Tənhalıq həm sevmək, həm nifrət etməkdir….tənhalıq azadlıqdır, heç kimin səndən ala bilmədiyi azadlıq….
Mənim yol yoldaşım! Mən səni çox sevirəm, əminəm ki, sən məndən heç vaxt bezməyəcəksən, nə olursa olsun, hər zaman məni anlaya bilən tək dostum olacaqsan…. 🙂

Advertisements

IREX və mən

2011 – ci ilin avqust ayı idi. Dəmirbankın imatahanından uğur qazanmamışdım. Avtobusda fikirləşirdim, necə iş tapacağım haqqında. Zəng səsinə fikirlərdən ayrıldım. Zəng edən Mürsəl Əliyev idi. Intervüye seçildiyimi söyləmişdi, avtobusda sevincdən qışqırmamaq üçün özümü güclə saxlamışdım. Dəmirbankın imtahanından kəsilib qayıdanda, elə yoldaca xoş xəbər! 🙂 Intervyü çətin baş tutmuşdu. Aranın ofisində internet problemi oldu, alınmırdı ki, alınmırdı. Qayıtdım kəndə, datakart köməyimə çatdı. İntervyü oldu, Mürsəl Əliyev və Ülviyə Məmmədova ilə. Ümidli idim… avqustun 12 – si və ya 13 – ü idi, dəqiq yadımda deyil, Gəncədən gəlirdim, yenə də yolda, Ülviyə xanım zəng edib bildirdi ki, seçilmisən, və 1 – ci gündən işə başlaya bilərsən. Bu dəfə özümü saxlamadım, və sevincimdən qışqırdım 🙂 (hərkəsin mənə necə baxdığı yaxşı yadımdadı 😀 ) sevdiyim sahədə – QHT sektorunda işləmək….əlaaaa! ilk iş günüm avqust ayının 15 – i, yəni ad günümlə üst – üstə düşmüdü. Sevincimin həddi – hüdudu yox idi :). Və möhtəşəm IREX ailəsinə qoşuldum, sözün həqiqi mənasında möhtəşəm bir ailə, hər bir üzvünün mənim qəlbimdə xüsusi bir yeri var. 1 il müddətində çox şey qazandım: təcrübə, dostlar, səbrli olmağı öyrəndim. Heç nə itirmədim. əsəbləşdiyim, küsdüyüm anlar da oldu. Ulviyə xanım hər dəfə nəsə deyəndə, küsürdüm. Digər yoldaşlar deyirdi ki, o sənin üçün deyir. Ən çox mənə səbrli olmağı deyən Əbülfət müəllim, mənim əlimdən nələr çəkmisiz  əgər səhvlərim deyilməsəydi, eyni səhvləri yenidən edərdim (çox da ağıllandığımı deyə bilmərəm 😛 ) bugün indi olduğum kimi fəal olmazdım yəqinki… çox xatirlər qaldı yaddaşımda, hələ IREX ailəsi ilə yeni il şənliyini demirəm. AF Hoteldə diskotekada, Əbülfət müəllimlə, Anar müəllimin “yanıq kərəmi”ni oynaması…. bir sözlə, yaddaşıma həmişəlik həkk olunan 1 il yaşadım…
Iyul ayının 31 – i 2012 – ci il İcma Məlumat Mərkəzləri layihəsi başa çatdı. IREX – lə vidalaşmalı olduq….hərçənd ki, istəmirdim vidalaşmaq…indi gəlib – gedirəm ofisimizə, amma əvvəlki həvəslə, sevgi ilə yox…indi elə bil, hər yer sakitlikdi, da skype – da hamı “sabahınız xeyir” yazmır, da Ülviyə xanım “SALAM YOLDAŞLAR”, “SAAT …. – DA KONFERENSİYA, HAMININ İŞTİRAKI VACİBDİR” yazmır….ehhh daha nələr nələr….darıxıram indidən…
Təşəkkürlər IREX! Təşəkkürlər ki, belə möhtəşəm bir heyətlə işləmək üçün mənə şans verdin, təcrübəli və gözəl insanlarla bir sırada olmaq mənim üçün qürurverici idi…
Təşəkkürlər IREX ailəsi! Iş zamanı kiminsə xətrinə dəymişəmsə, bağışlayın. Hamınızı çox sevirəm, yaxşı ki, varsınız, yaxşı ki, sizi tanıdım… hamımıza uğurlar, görüşmək ümidilə….

Möhtəşəm IREX ailəsi:
IREX – in “dəmir ladysi” Mamedova Ulviya, IREX – in “şairi” Abulfat Zeynalli, IREX – in “səbr daşı” Anar Guliyev, IREX – in “ən sakiti” Gunay Omarova, IREX – in “xanım-xatunları” Arzu Huseynova və Alma Cafarova, IREX – in “ən təəssüfkeşi (Azerbaycanın dərdini çəkəni) Ramin Mahmudov, IREX – in “ən dərdlisi” (isti və soyuqdan əziyyət çəkəni) Ramin Ganiyev, …

IREX – in “ən gülərüzlüsü” Gunel Hasanova, IREX – in “ingilisdillisi” Rashad Asgarbayli, IREX – in “rusdillisi” Gulnar Qadimova, IREX – in “ən mükəmməl təlimçisi” Vugar Mammadov, IREX – in “ən fəal gənci Ali Novruzov, IREX – in “başbəlası” Tural Ozan, IREX – in “Azərbaycandillisi” Sevinc Babayeva, IREX – in “modasevəni” Elminaz Mammadova, IREX – in “ən safı” Shehla Dunyamaliyeva, IREX – in “kopyuter ustası” Faiq Abdullayev, IREX – in “ən sadə insanı” Firdovsi Cavadov, IREX – in “ən çox işləyəni” Cahangir Cafarov, IREX – in “ən gənc xanımı” Gunel Racabova, IREX – in “xilaskarı (maliyyə dərdimizi həll edən)” Farida Muxtarova, IREX – in “ən çox axtarılanı” Emil Kahayev, IREX – də “Azerlife.in nəfəsi” Ülviyyə Əsədzadə, IREX – in “mükəmməl hüquqşünası” Elesger Ehmedoglu, IREX – in “intervyüçüsü (keçmiş) Mursel Aliyev :)))
Siz mükəmməl ailəsiniz ♥