Month: September 2012

Bu da mənim etiraflarım :)

Etiraf edirəm ki:
 Mən pessimist optimistəm, ruhdan tez düşürəm, tez də özümə gəlirəm 🙂
 Həyat mənim üçün mırtdı, onu ciddiyə almıram 😛
 Danışanda fikirləşmədən danışıram, ona görə də həmişə başım bəlaya girir 😀
 Tənhalığı sevirəm, çünki onda özüm oluram, kimsənin də mənim dünyama girməyini istəmirəm 🙂
 Həyatda 4 nəfər üçün yaşayıram – atam, anam, 2 qardaşım, yəni qalanları boş şeydi 😉
 Oğlan kimi rəftar etməyi sevirəm, həmişə valideynlərimi günahlandırıram ki, mən niyə oğlan olmamışam 😀 amma oğlanlara da qətiyyən inanmıram 😀
 Bir sözlə qız kimi davranmağı sevmirəm da, nagarım ki 😛
 Çox şorgözəm – dəhşətli dərəcədə 😀
 Mustafa Sandalı çox sevirəm, nagarım ki, yaxşı da edirəm ❤
 Uzaqdan sevməyi daha çox sevirəm, Azərbaycan və İstanbul kimi 😉
 Həmişə şikayətlənirəm, amma qiybəti sevmirəm haaaa 😀
 Siyasəti həm sevirəm, həm də iyrənirəm >:O
 Çox tənbəl insanam, 4 ildir ki, guya ki rus dili öyrənirəm, hələ də öyrənirəm 😀
 “Ben sende tutuklu kaldım….” 😦
 Maşın sürən qadınlara və xaricdə oxuyan tələbələrə həmişə həsəd aparıram 😛
 Hər şeylə maraqlanıram (belə pis də çıxmasın eee ) 😀
 Dəniz mənim zəifimdi 🙂
 Gecə yox, səhər yatmağı dəhşət sevirəm da ^_^
 Çox gobud insanam, hamının xətrinə tez dəyirəm 😦
 Özümü heç sevmirəm, amma özümdən də yoxdu da 😛
 Sevginin gücünə inanmıram 0.O
 arvadların verdiyi məsləhətlər vecimə deyil, öz bildiyim kimi hərəkət edirəm, ona görə də kənddə ma tırbıyasız deyirlər 😀
 kitabları və musiqini çox sevirəm, görməmişəm yəni 😀
 maşın sürmək ləzzət edir, özdə ritmik mahnılar dinləyərək 😛
 alış – verişi sevmirəm, hətta mağazalarda gəzməyə nifrət edirəm :3
 monoton həyatı sevmirəm, tez bezirəm eynilikdən 🙂
 qısqanclığa qarşı allerqiyam var 😡
 xarici ölkələri gəzməyi sevirəm, amma hələki təkcə Gürcüstanda olmuşam 😀
 çox xəyalpərəst biriyəm, 24 yaşım var, hələ də xəyallarımla yaşayıram 😉
 həyatda ən qorxduğum şey sevdiklərimin ölümünü görməkdir, onların ölümünü görməmək üçün həmişə Allaha dua edirəm
 o qədər yalan danışmışam ki, mırt yalan amma 😀
 bir sözlə eeee, mən crazy-əm, belə də çox happy-əm 😛
 etiraf edim ki, bugün dostlarımın etiraflarını oxuyandan sonra, həvəsləndim 😀

Advertisements