Month: November 2012

“Kitab və bizim cəmiyyət”

Hər gün kitablarla bağlı müxtəlif şərhlərlə rastlaşıram sosial şəbəkələrdə. Maraqlı müzakirələr aparılır, hər kəs oxuduğu kitablar haqqında məlumat verir. Maraqlı olub – olmadığı haqqında söhbətlər aparılır. Bunları görmək mənim üçün çox xoşdur. Amma virtual aləmdən fərqli olaraq, cəmiyyətimizdə kitaba olan münasibət elə də ürəkaçan deyil, hətta bərbaddır. Bilmirəm, bəlkə də mənə elə gəlir, mənim yaşadığım bölgədə gördüklərim, ən azından, məni belə düşünməyə vadar edir. Kəndlərdə kitab oxuyan tapmaq, səhrada bulaq tapmaq kimi bir şeydir. Gənclərin arasında tək – tük kitabsevər tapmaq olur. Elə ona görə də, kitab oxumaq bizim üçün qəhrəmanlıq sayılır. əslində kitab oxumaq qeyri – adi bir şey deyil. Amma bizim cəmiyyətdə, onsuz da, hər şey tərsdir. Bugün Günel Mövluda aid status gördüm facebook Sekulyarizm səhifəsində. Statusu olduğu kimi yazıram:
“Bir dəfə televiziya verilişinin qonağı olan Nadir Qafarzadədən kitab oxuyub-oxumadığını soruşmuşdular. Nadirin cavabı bu olmuşdu:
– Oxumuram. Amma siz gedin mənim “xolodilnik”imə də baxın, kitab oxuyanların da “xolodilnik”inə baxın!
Nadir özü də bilmədən Azərbaycanın ən böyük, ən ağrılı, ən utancverici həqiqətini demişdi.
Onun “xolodilnik”i əslində simvolik bir şey idi. Nadir özü də bilmədən nümayəndəsi olduğu xalqın öz alimini, yazıçısını, kitab oxuyanını acından öldürdüyünü, ömründə kitab üzü açmayan müğənnisini yağ – bal içində bəslədiyini etiraf etdi.
Etiraf elədi ki, bu xalq alimin, mütəfəkkirin, yazıçının xalqı deyil.
Bu xalq Nadir Qafarzadənin xalqıdır………”
Sözün düzü, bu veriliş yadımda deyil, çünki Azərbaycan telekanallarına elə də baxmıram, səbəb isə izlədikcə, əsəblərimin pozulmasıdır.

Nadir bir daha sistemin iç üzünü göstərdi. “Balıq başdan iylənər” məsəli. Bəs əvvəllər niyə kitaba sevgi var idi? Bəyənmədiyimiz SSRİ dövründə. Mən o dövrü yaşamasam da, o dövrdə valideynlərimiz, böyüklərimiz yaşayıb, hətta ali təhsili olmayanları belə kitab oxuyublar vaxtında. Bugün isə Azərbaycanda heç ali təhsil alan kitab oxumur, çətini universitetə daxil olana kimidi. Ondan sonra, kitab üzünü açan tapmaq müşkül məsələdir…
Dövlətin kitaba olan hörməti də göz qabağındadır, kitabxanaların bugünkü vəziyyəti ən bariz nümunədir. Yalnız kitablar nəşr olundu və paylandı kitabxanalara. Hansı kitabxanalara? Uçmuş, dağılmış, siçanların rinqə çıxdığı kitabxanalara, hətta kimlərinsə şəxsi evlərində olan,  adları olub, dadları olmayan kitabxanalara. Işçilərinin sadəcə maaş almaq xatirinə adı yazılan kitabxanalara – maaş da bir maaş ola. Hər halda, donuzdan bir tük də qənimətdir. Işçilərin kitabxana təhsili alması heç də önəmli deyil, əsas odur ki, yaxşı daydayın olsun, bir də tövləndə yaxşı mal – qaran…
Əslində Nadir Qafarzadə düz deyir. Çünki bu hökumət adlarını belə yaza bilməyən, kitab üzü açmayanları yuxarı vəzifələrə təyin edir, xalqın baş naziri, nə bilim nə naziri edir, da xalqdan nə gözləyək? Açıq – aşkar manqurtlaşdırma siyasıti aparılır, təhsili məhv edilir. Bəyənmədikləri, kafir adlandırdıqları Avropalılar gündə bir şey kəşf edir, dünyada tanıdır. Bizdə daş dövründə qalmış mis qazanlarımızla öyünürük. Harda qalmışıq, ilahi?! Bəs onda niyə Avropalıların yaratdıqlarını istifadə edirsiniz, ay bədbəxtlər?!!!
Biz nə qədər ki, kitabdan, elmdən qaçacağıq, biz məhvə məhkumuq.
Qaldı, axtardığımız kitabları tapmağa. Gərək, Bakıya gedək, hansısa bir kitabı almaq üçün. Çünki rayonda kitab mağazaları yoxdur. Kitabxanalarda müasir ədəbiyyatdan nümunə tapmaq olmur. Yaxşı ki, internet var, heç olmazsa, ordan tapa bilirik bəzi kitabları. Bir də, internetə çıxışı olmayan insanlar var axı, onlar necə əldə etsin istədikləri kitabları?…
Çox yaxşı olardı ki, rayonlarda da kitab evləri və ya köşkləri yaradılsın. Təbii ki, İcra Hakimiyyətindən icazə almaq mümkün olsa… bu kredit təşkilatı və ya restoran deyil ki.. KİTAB EVİdir. …

“Yaşamağa çalışan xalqım”

Gündən – günə bahalaşan dünyada, maaşları artmasa da, qiymətləri rekord həddinə çatan ölkələrdən biri də, bəlkə də, birincisi də Azərbaycandır. Baxmayaraq ki, neft – qazla zəngin olan bir ölkədə yaşayırıq, insanların yaşayış səviyyəsi həddindən çox aşağıdır. Belə ki, Aran təşkilatının layihəsi üzrə, Bərdə və Tərtər rayonunun bi neçə kəndində su çəkilişi ilə əlaqədar olaraq, tez – tez kəndlərə üz tuturuq. Infrastrukturun qurulması üçün hər ailəyə 140 AZN pul düşür. 140 AZN pul elə də böyük bir məbləğ deyil, zəngin təbii sərvətlərə malik bir ölkə üçün. Nəzərə alsaq ki, Avropanın ən mötəbər musiqi yarışı olan Avroviziyaya 2012 – ci ildə ev sahibliyi etmişik, bu məbləğ semişka pulu sayılar… əlqərəz, bugün kredit təşkilatı ilə birlikdə düşdük kəndin canına, 140 AZN.i hər ay kreditlə 1 il müddətinə həmin insanlar ödəyəcəklər, su tapmaq üçün… gün boyunca, xeyli insanla görüşdük və onların yaşayış səviyyəsi ilə tanış olduq. Bir necə misal gətirim: ailədə 5 nəfər olan bir qadın, heç biri işləmir, ər taksi sürür kənddən Bərdə şəhərinə, qızı və böyük oğlu orta məktəbi bitirib, işsizdirlər, dediyinə görə, torpaq sahələrində pambıq yığmaqla ərinə maddi cəhətdən kömək edir. Aylıq gəlir təxminən 250 AZN təşkil edir. Digər bir misal; təxminən 40 yaşlarında bir qadın, 1 övladı var, ərindən ayrılıb, ata və anasıyla birlikdə yaşayır, və onların aldığı pensiya ilə dolanırlar. 2 qocanın pensiya pulu ilə… ya sabah onlar olmazsa necə olacaq?..digər bir ailə: 5 nəfər, bağçada qadın müəllimədir, 80 AZN maaş alır, əri isə taksi sürür. Aylıq gəlir 300 AZN – dək olur. Başqa misal: 4 nəfərdirlər ailədə, yoldaşı usta işləyir şəhərdə, özü evdar xanımdır, uşaqları da balacadırlar. Və daha neçə belə ailələr…kəndlərdə həyatın necə olduğu hamıya az da olsa məlumdur. Işsiz, təhsilsiz insanlar, demək olar ki, cəmiyyətdən uzaq ailələr. sadəcə sabah necə çörək qazanacağını düşünən beyinlər. demək olar ki, krediti olmayan ailə tapmaq, qaranlıqda, ağ axtarmağa bənzəyir. Hər kəsin bir banka borcu var, kimisi ev tikəndə, kimisi, övladına və ya yaxınına toy edəndə, kimisi maşın və ya başqa bir lazım olan əşya alanda, kimisi isə, mal – qara almaq üçün banklara, kredit təşkilatlarına üz tutub. Indi qazandıqlarını da krediti ödəyirlər.
Bir az da bazar qiymətlərinə nəzər salaq;
• 1 kq mal əti – 7 AZN, 1kq qoyun əti – 9 AZN;
• 1 kq Şəkər tozu – 1.20 AZN;
• 1 kq çay (250 qr) – 2 AZN;
• 1 kq yağ – 6 AZN (ən ucuzu);
• Un – 20 – 22 AZN və s.
Bunlar gündəlik tələbatların bir qismidir. Pal – paltar, ayaqqabı və digər xərcləri hesaba qatmasaq… hələ bir də, xeyir – şər işləri oldumu, aləm qarışır, ən azı üzr yeri 10 AZN, toy isə ölüsü, 20 AZN. Ölən və xeyir iş edən bir aləm söyüş qazanır. Yaxşı ki kəndlərdə kommunal xərclər azdır. Işıq pulu, bəzi kəndlərdə isə qaz pulunu çıxmaq şərtilə… kanalizasiya və zibil pulu heç olmazsa, yoxdur. 🙂
Həəə, bunlar Azərbaycan reallığıdır. Dövlət işində olanlar belə sürünmə həddindədir. Qaldıki, işləməyənlər… yaxşı ki, QHT – lər var, yoxsa, bu millət daha çətin vəziyyətdə olar, həm də ki, belə çətin bir millət…

Get gözləyə salan Vətənim!

(c)

Azərbaycan deyəndə ilk ağlıma gələn problemlərlə dolu bir ölkə gəlir. Baxmayaraq ki, şair “Azərbaycan deyəndə ayağa dur ki, qoca Şərqin ürəyinə toxuna bilər” deyirdi. Burda ağla bir ifadə də gəlir: “Göz görmək istədiyini görər”. Razı deyiləm, mən görmək istədiyimi də görə bilmirəm vətənimdə: rüşvətsiz bir dövlət və ədalətli idarəçilik. Çox şey istəmirəm əslində, amma bu gedişlə çox şey kimi görsənir istədiyim cəmiyyət…
Müəllimlik peşəsini valideyn və yaxınlarımın, həm də asan iş tapmaq imkanına görə seçmişdim. Lakin elə də asan deyilmiş. Belə ki, 2 ildir ki, rayon Təhsil Şöbəsinə ayaq döyürəm. Istədiyim sadəcə kənd məktəbimizdən 6 saatlıq iş idi. Staj üçün. Amma rüşvətsiz dərs saatı. Keçən il test imtahanından da uğurla keçmişdim (bu haqda ətraflı bloqumda yazmışam). Bu il də Təhsil Şöbəsinin müdiri Rahilə İsmayılovanın qəbuluna düşməli oldum. Təəssüf ki, su yolu etdim müdirənin otağını. Ya orda tapmaq olmurdu, küçələrin təmizliyi ilə məşğul idi, ya da ki, bir bəhanə ilə məni yola verirdi. Əlqərəz, bu il də dərs saatı ala bilmədim. Üz tutdum Təhsil Nazirliyinə. Cənab nazirə ərizə yazdım məlum məsələ ilə bağlı. Məktubun göndərilmə tarixi 09.10.2012 – dir. Hələ də Təhsil Nazirliyindən rəsmi cavab yoxdur. “Şəffaf təhsil sisteminin” bariz nümunəsi budur yəqin ki….
Keçim digər məsələyə; Bərdə şəhərinin küçə və səkilərində zibil qutularının qoyulması üçün ictimai vəkilliyə başladıq bir qrup gənclərlə birlikdə. Qapı – qapı düşüb imza topladıq yayın cırhacırında. Şəhərimizin təmizliyi və insanlarımızın sağlamlığı üçün. Rəsmi ərizə ilə birlikdə imza vərəqəsini göndərdik Bərdə bələdiyyəsinə. Cavab gəldi, ürəkaçan olmasa da, rəsmi idi. Bizi yönləndirdilər Bərdə İcra Hakimiyyətinə. 28.08.2012 tarixində rəsmi məktub ünvanladıq icraya. Hələ də rəsmi cavab yoxdur. Şəxsən özüm İcraya gedib, məktubla bağlı soruşdum. Nümayəndə əvvəlcə məni çox xoş qarşıladı. Sevindim, sən demə məni jurnalist bilib, daha sonra jurnalist olmadığımı söyləyəndə, sifətindəki maska düşdü. Çox sərt dedi ki, siz şəhərimizdəki inkişafı görmürsünüzsə, sizə sözüm yoxdur, kifayət qədər zibil qutusu var və s, və i.r… bir sözlə, üzümə at kimi elə durdu ki, gözlərimin məni yanıltıdğına bir anlıq inanacaqdım. Yola vermək üçün, rəsmi cavab veriləcəyini söylədi, 1 ay keçməsinə baxmayaraq, hələ də cavab yoxdur….
Bərdə dəmiryol vağzalında tək yaşayan kimsəsiz və xəstə İlhamiz Süleymanovla bağlı bir neçə dövlət müəssisəsinə rəsmi məktub ünvanlasaq da, hələ də cavab yoxdur, artıq 1 ay keçib üstundən….
Bu ölkədə, heç bir şey düzgün deyil. Nə qanunu, nə sistemi, heç nəyi… nəyə, kimə inanıb, nəyə, kimə çatdırasan ki dərdini? Onsuz da sənə qalan danışıq olacaq, elə buna görə də, Azərbaycan deyəndə, yalnız çürük bir sistem, və kağız üzərində qalıb, heç bir işə yaramayan qanunlar toplusu ağlıma gəlir….

2 – ci arzum – Istanbul…

Uşaqlıqdan 3 arzu ilə böyümüşəm. Gecə – gündüz o arzuların xəyalları ilə yaşamışam. Bir gün mütləq reallaşdıracağıma əmin idim, çünki insan bir şeyi ürəkdən istəyirsə, və ona çatmaq üçün çalışırsa, həmin arzu mütləq gerçəkləşir. Ola bilsin ki, kimlərə isə bu arzu mənasız görünə bilər. Amma mən bu kiçik arzularımla özümü xoşbəxt sayıram. Nə zaman ki, tam olacaq, mən böyüyəcəm və planlarım başlayacaq…
Arzularım:
1. Universitetə qəbul olmaq;
2. Xəyallarımın şəhəri İstanbulu görmək;
3. Çox sevdiyim insan Mustafa Sandalı görmək.
1 – ci arzuma 2007 – ci ildə çatdım, universitetə qəbul oldum, 2 – ci arzumu da gerçəkləşdirdim, artıq aeroportda oturub, evə qayıtmağı gözləyirəm. Hərçənd ki, qayıtmaq istəmirəm geri, xəyal aləmimdən ayrılmaq istəmirəm, geri də real aləm gözləyir məni…qaldı 3 – cü arzumu gerçəkləşdirmək. Çox yaxın idim ona, amma biletim bugünə alınıb və mən qayıtmalıyam, görüşə bilmədim Mustafa Sandalla. Amma yenə gələcəm, onu görmək üçün….
Keçim İstanbul təəssüratlarıma; necə başlayım bilmirəm, bu şəhər haqqında danışmağa. Tarixiliklə müasirliyin qovuşduğu, əl dəyməyən tarixi, (bizdəki kimi sökmürlər tarixi), insana hüzur verən küçələri, masvavi, bəzən də qara buludların aldığı göy üzü, möhtəşəm Boğazı (sanki, bütün dünya mənim idi, boğazı gəzərkən), evlərin pəncərələrindən, meydanlardan asılan türk bayraqları, gözəl meşələri, Aya – Sofyası, Sultan Ahmedi, Topkapısı, Kız Kuləsi, Yerebatan Sarnıcı, istiqanlı insanları (Türklər), daha nələr nələr…. bir röyadaydım sanki, heç kimin anlaya bilmədiyi bir aşk bəndəki Türkiyə – İstanbul sevgisi… hələ bir də yağmuru yoxmu….İstanbul yağmurunda islanmak bile bir harika mənim üçün…. əslində elə də romantik insan deyiləm, reallıqları qəbul edib yaşayıram, amma bu şəhərdə mən başqa insanam…təkliyimlə yaşayan, və yalnız küçələri gəzmək istəyən birisi… müasirliyin ortasında olan İstanbulluları hər yerdən eşidilən, İslamın varlığını əks etdirən əzan səsi salamlayır her an… boğazda balıq – çörək keyfi ilə dənizi seyr etmək, soyuq küləyin altında isti çay içmək, yağmurun altında çətirsiz gəzmək İstanbul turuna bir başqa həzz qatır…daha nələr nələr…

Ehhhh, gözəl İstanbul! Yenə gələcəm sənə, darıxıram indidən, sənin üçün, əlvida demirəm, görüşəcəyik. Hələlik! 🙂

Bazen özletir son bahar…

Yine son bahar kapıya dayandı, acı və tatlılıklarıyla, özlemləri və hırçınlıklarıyla..yağmur ve soğuğuyla, sarı yaprakları, her gün tane – tane yapraklarını dökerek kışı bekleyen yarı çıplak ağaçlarıyla…nedense tuhaflık var havada, herkeste,.sanki herkes bişeyler bekliyor hayattan…belkide bekliyor, kimisi anne – babasını, kardeşini, uzakta olan bir yakınını, özlemini duyduğu kimseyi, kimisi sevdiğini…özlediyin anda, kalbini acıtır son bahar, ve başlar içindeki özlem acı vermeğe…hep onu düşünürsün, hep aklında onun adını sayıklarsın, ona koşacağın anı beklersin, hayal edersin, gece – gündüz özlemini çekersin…ve son baharda sarı yaprakların üzerinde onunla birlikde dolaşmağı, onunla birlikde üşümeyi, üşüdüğünde ona sımsıkı sarılararak ısınmayı, ellerinden hiç bırakmama adına tutmayı, hayal edersin…birlikde denizi seyr etmeyi, soğuk suların dalgalarıyla kayalara çarpılışını seyr etmek istersin bazen…ve sonsuz sulara dalıp, onu sevdiğini bağırarak söylemek istersin…bazen yağmur altında saatlerce ıslanmak istersin onunla birlikte, onun gözlerine bakarsın uzun – uzun, bazen de soğuk ve yağmurlu bir gecede gökyüzünde yıldızlara bakmak istersin, 2 yıldız seçersin kendiniz için, saatlerçe aya bakarsın, üşürsün, ama vız gelir, “o var yanımda” diye düşünürsün. Birlikde bir hayat düşlersin, onunla upuzun gideceğin bir yol çizersin aklında, acısı ve tatlısıyla bir hayat kurmağı düşlersin…Ya da bir şarkı seçersin kendiniz için, son baharda dışarısını seyr ederek dinlersin, bir piano melodisi mesela, mutluluğunu anlatan bir melodi… bazen kavga etmeyi bile düşlersin, büyük kavga, ama sonda yine aşk kazanır, sarılırsınız bir – birinize sımsıkı, sanki yıllardır, özlemini, hasretini çekmişşin gibi… hatta bazen yalnız ikinizin ola bileceği bir ada kurarsın hayalinde, insanlardan uzak, yalnız o ve sen olursun…onu görmek için didinirsin, hatta dualar edersin… hayat işte, her zaman güldürmüyor insanı, bazen düşlerin hayal olarak kalır sadece….işte o zaman özlemin daha da ağırlaşır, her gece başını yastığına koyarken, bu acılar yine baş kaldırır içinde, ağlamak istersin, ama onu da beceremeyince susarsın, herşeyi içinde saklarsın. Sarılırsın yastığına, ve düşlerle uykuya geçersin…yeniden sabah açılır, güne merhaba dersin…ve hayat devam eder,..geceye yeni bir özlemle….
P.S. Bu yazıda yazılanlar tamamen hayal ürünüdür. Gerçek hayatla hiç bir alakası yoktur. 😀