Month: April 2013

Azadlıq mənim üçün….

528945_418255514869839_2081413954_n
Azadlıq…mənim üçün havadır, nəfəs almadan 1 dəqiqə belə yaşaya bilməyəcəyin hava..
Azadlıq mənim üçün sudur, onsuz yaşaya bilməyəcin su..
Azadlıq mənim üçün, nəfəsdir, kəsiləndə məni də bitirən nəfəs…
Azadlıq hər səhər günəşin doğuşunu və hər axşam günəşin batışını seyr etməkdir…
Azadlıq hər gecə buludların arxasında gizlənib, sonra məsum körpə kimi buludların ardından boylanan ayı izləməkdir…
Azadlıq hər gecə ulduzların sanki bir – birilə yarışaraq parlamasını görə bilməkdir…
Azadlıq dənizin dalğaları ilə boğuşması və qayalara çırpılmasını hiss edə bilməkdir…
Azadlıq təbiətin ətrini duya bilməkdir; yağışın torpağı, çiçəklərin, böcəklərin və quşların yazı sevməsidir….
Azadlıq körpənin anasının ətrini hiss etməsidir….
Azadlıq quşun göydə, qorxusuz, cəsarətlə qanad çalmasıdır….
Azadlıq xəstə insanın çarəsizliyə meydan oxumasıdır…
Azadlıq yağışın susuz səhralara bəxş etdiyi həyatdır, bəmbəyaz qarın əli qanlı dünyanın cinayətlərini təmizləməsidir…
Azadlıq ruhumun melodiyasıdır…məni sakitləşdirən melodiya…
Azadlıq qışın soyuğunda, qarın altından ətrafa səssizcə boylanan nərgizgülüdür…
Azadlıq hər şeyə rəğmən gülüməsəyə bilməkdir…
Azadlıq mənim sevgimdir, yaşama səbəbimdir…həyatdır…