Month: June 2013

“Arvadlar”dan niyə zəhləm gedir???

dedikoduIlk öncə bütün qadınlardan “arvad” sözünü işlətdiyim üçün üzr istəyirəm. Amma işlətdiyim arvad kəliməsi bütün qadınlara şamil edilmir. Bu adı daşıyanlar müəyyən kriteriyalara uyğundur.

Əslində saymaqla bitməz bu kriteriyaya aid olan kefiyyətləri . Bütün gün bir yerə yığılıb başqalarının anketini doldurmaqla məşğul olan, ancaq teleseriallara, “Səni axtarıram”, “Ümid var” kimi mənasız verilişlərə baxaraq, həyatlarında tətbiq etməyə çalışan qadınlar. Təsəvvür edin ki, kiminsə nişanı və ya toyu olub. Dərhal yığılırlar bir yerə başlayırlar, ən cüzi şeydən tutmuş böyük bir şeyə kimi prosesi çürütməyə; filankəsin nişanlısı belədir, oxumuş oğlana gedib (da bunlar üçün maraqlı deyil, oğlanın şəxsiyyəti) mirt milyorderdir, qıza bahalı üzük gətimişdilər, nə bilim oğlan tərəfi filan bahalı paltar geyinmişdi, filan marka taxmışdı, üstü qızıl qatarla dolu idi. Cehiz burdan getdi, yemək – içmək ordan gəldi…Nəbilim, filankəs filankəslə gəzdi, görüşdü, filankəsin qızı qaşını aldı, oğlanla danışdı, küçədə güldü, belə yeridi, axşama kimi oğlanlarla gəzir (arvadların dilində gədə deyilir oğlanlara)..daha nələr nələr. Insanın beyninin içinə işləyən bir ton ifadələr. Çətini də odur ki, bu ucuz söhbətlərdən qaçmaq istəyirsən, onda da deyirlər sən qanmazsan, səysən və s. Bilmirsən başını götürüb hara qaçasan.  Əgər sən hələ də ərə getməmisənsə, deməli günün lap qaradı, səni çürütmək üçün gecə -gündüz başını bişirməyə çalışacaqlar. Filankəsin qızı da ərə getdi, bu hələ fikirləşir, dədə – nənə sayan yoxdu, falan – filan. Digər tərəfdən Allah göstərməsin ki, kimsə ölə. Indi guya yas yerinə gedirlər. Ölü qalıb o yanda, başlayırlar, ölü yiyəsinin evini, evinin əşyalarını müzakirə etməyə;  yasda stolun üstündə nə desən vardı, “bircə quş südü əksikdi”… Kasıb məclis verənin isə abırını ətəyinə bükürlər bizim arvadlar. Dərdləri də ancaq pul, ev – eşik, qızıl – qatar. Vəssalam.  Şəhər arvadları da ərim mənə bunu aldı, qaynanam belə elədi, gəlin bunu etdi, getdim filan marka şuba aldım, o markadan nə bilim geyinmərəm mən… vıdı, vıdı, vıdı…

Televizorda bir serial qaçırmazlar, öz gözlərində tiri görməzlər, elə onun bunun adına söz qoşmaqla günlərini keçirərlər. Bütün gün müğənnilərin evlərini, geyimlərini müzakirə edirlər. iş – güc yoxdu da…

Ən çox müzakirə olunan yerlər, kənd yerlərində kiminsə evi və ya çəpərbaşı, bulaq başı da ola bilər. Şəhər yerlərində isə qadın salonları.

Hər hansı bir “faydalı işlə məşğul olum, faydalı verilişlərdən yararlanım” söhbəti ola bilməz. Heç bizim “telekanalizasiyalarda” maarifləndirici və ya faydalı verilişlər də vermirlər, sözün düzü… 6 – cı sinifdən başlayırlar qızlarına cehiz hazırlığına, elə ona görə də özləri kimi gələcək arvadları yetişdirirlər. Öz mənasız həyatları kimi həyat vermək üçün qızlarına gecə – gündüz zülüm çəkib pul qazanırlar. Kimsə deyəcək ki, yaxşı cehiz verib filankəs.

Bizim camaatın bədbəxtçiliyidir, “başqaları nə deyər”lə yaşamaq. Onlar üçün maraqlı deyil ki, nə yaxşıdır övladım (xüsusən də qızlar) üçün. Təki, qonum – qonşu desin ki, filankəs yaxşı yerə ərə gedib, imkanlıdır.

Qərarlarına da qarşı çıxanda olursan tərbiyəsiz və pis qız…bax budur bizim arvadların gördüyü xoşbəxt həyat və mənalı ömür… Çox təəssüf ki, ali təhsil alan gənc qızlar da elə arvadlar kimi düşünür. Və gələcəyin ən böyük “arvad”ı olurlar…

Təhsil sadəcə diplom və cehizlik üçündürsə, bu problem həmişə davam edəcək…

P.S. Yazıdakı qüsurlara görə üzr istəyirəm. Qadınlar gərək ki, məni bağışlasın. Gördüklərim və nəticə çıxardığım fikirlərdir…. 🙂