“Qaynar və soyuq şəhər”

Hər səhər şirin yuxudan oyanıb özümüzü atırıq qaynayan şəhərin qoynuna. Kimimiz işə tələsirik, kimimiz dərsə, kimimiz isə başqa bir yerə. Hər kəs tələsir, mənzil başına çatmaq üçün. Səhərin 6-sından Bakıda həyat canlanmağa başlayır, maşınlar, metro, avtobuslar tələsən insanlarla dolur, səhərin erkən saatlarında yuxusuna haram qatıb işə tələsən insanlar axşamlar da eyni cür evlərinə tələsərlər…

ətrafa baxarkən qaynar şəhər görürsən, qaynarlıqla yanaşı, həm də soyuqluq var bu şəhərdə… insanların üzündə sanki illərin bitib tükənməyən kədəri, qayğısı var. Tıxaclar da insanların kədərinə kədər qatır, məyusluğu birə on qat artırır. Və o tıxaclarda insanlar daxillərində olan kədəri, qəzəbi, hirsi tökür bir-birilərinin üzərinə, söyüşlə, qarğışla… sanki hər kəs partlamaq üçün fürsət axtarır, bir balaca qığılcım lazımdır ki, ürəklərindəki qəzəbi qussunlar digərlərinin üstünə. Səssizcə ətrafa baxırsan, o an üzündə acı bir təbəssüm dolaşır. “Nədəndir, bu qədər kin-küdurət deyə” öz-özünə sual verərsən. Insanlar bu qədərmi nifrət edir insanlığa? Çox zaman cavabı bilərsən… amma nə olsun ki?…

Qaynar şəhərin insanları bir-birinə soyuqdurlar, hətta o qədər soyuq ki, gözlərinin önündə kömək lazım olsa, duymazlıqdan gələrlər, səni tanımazlar. Axı, öz problemləri özlərinə bəs edər, daha nəyə lazım dərd üstünə dərd gətirmək…

5302b6f800ab3f274a00000bQaynar şəhərin gündüzləri o qədər də gözəl deyil, demək olar ki, hər yerdə çirkinlik var. Gəl gör ki, bu şəhərin gözəl gecələri var. O gecələr ki, öz zülməti ilə bütün çirkinlikləri örtərək, şəhəri öz ağuşuna alır, gözəllik və möhtəşəmlik bəxş edir. Xəzərin neft qoxuyan küləyi üzünə çırpıldıqca, insanı qəribə hisslər bürüyür. Hələ bir də hava soyuqdursa, o soyuq küləyi doya-doya udursansa, bu lap təsviredilməzdir…

Qaynar şəhərin qaynar da problemləri olur deyilənə görə. Düşünsək, hərkəsin problemi var, kədəri var, kim ideal yaranıb ki? Heç kim, əslində daxilimizdə olan kin-küdurəti bir təbəssümlə yox edə bilərik, bir anlıq düşünsək, axı həyat o qədər də çox uzun deyil…  elə buna görə də, gülümsəyin, cənab və cənabələr 🙂

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s