Category: digər

Aşkın Müzesi – “Masumiyet Müzesi”

20150423_174608 “Hayatımın en güzel anıymış, bilmiyordum” la başlayan Masumiyet Müzesi içinde her anını bulunduran bir aşk hikayesini anlatır ve “Herkes bilsin, çok güzel bir hayat yaşadım”la biter. Continue reading “Aşkın Müzesi – “Masumiyet Müzesi””

Advertisements

“Valideynlər və Uşaqlar”

Ailə…Hər bir ailə özü-özlüyündə kiçik bir “dövlət” hesab olunur. Bu kiçik “ dövlətlər”in özlərinə xas qanun – qaydaları vardır. Valideynlər ailənin “ağacı”, uşaqlar isə bu ağacın “meyvə”ləridir. Ağacla bar arasında dərin və sarsılmaz bağlar mövcudddur. Lakin bugün Azərbaycan ailələrində böyük problemlər gözə çarpır. Hər bir valideyn uşaqlarının gələcəyi, onların xoşbəxt yaşamağı üçün çalışır, övladlarının həyatda çətinliklərlə qarşılaşmasını istəmirlər. Bunun üçün də özlərinin doğru bildiklərini uşaqlarında aşılamaq istəyirlər. Belə olduqda çox vaxt uşaqların fikrini soruşmurlar, onların arzu və istəkləri nəzərə alınmır. Nəticədə böyük ziddiyyətlər ortaya çıxır. Hətta belə ziddiyyətlərin sonu yaxşı sonluqla nəticələnmir. Valideynlər övladlarının istədiyi peşəni seçməsinə, istədikləri insanla ailə qurmasına bəzən mane olurlar. Ümumiyyətlə cəmiyyətimizdə belə bir fikir formalaşmışdır ki, böyüklər nə deyirsə, nə edirsə haqlıdırlar. Unutmamaq lazımdır ki, bəzən böyüklər də yanılırlar. Adətən ata – analar övladlarının istədiyi peşəni seçmələrinə çox qarışırlar. Bu işdə çörək yoxdur, mənasız işdir və s. kimi ifadələr işlədirlər. Bu isə uşaqlarda xəyal qırıqlığı, özünəqapanma, inamsızlıq və ümidsizlik yaradır. Ailə qurmaqda da valideynlərlə uşaqlar arasında dərin ziddiyyətlər meydana çıxır. Belə ki, valideynlər uşaqlarının imkanlı, pulu çox olan insanla ailə qurmasını istəyirlər. Belə olduqda uşaqların fikri, arzuları nəzərə alınmır. Bu hal qızların ailə qurmasında daha çox özünü göstərir. Ata – analar övladlarına həm peşə seçməkdə, həm ailə qurmaqda, hərtərəfli dəstək və kömək olmalıdırlar. Onları danlamaqla yox, tutduqları yolda uğur qazanmaları üçün dəstək və məsləhətlə kömək olmalıdırlar. Ola bilsin ki, səhv edirlər, hər halda səhvsiz insan yoxdur. Önəmli olan bu səhvlərdən nəticə çıxarmaqdır. Valideynlər isə belə səhvlər üçün danlamaqla və özlərini hər vəchlə haqlı çıxarmaqla kifayətlənirlər. Bütün bunlar uşaqların psixologiyasına mənfi təsir edir. Onlarda depresiya yaradır və etdikləri səhvləri təkrar – təkrar edirlər….

Əgər oğlan və ya qız öz istədikləri peşəni seçiblərsə və ya öz istədikləri insanla ailə qurubsa, sabahı gün həmin gənclər bir problemlə üzləşəndə, valideynlər məsləhət vermək əvəzinə, onları danlayır, özlərinin seçimləri olduğunu söyləyirlər. Ona kömək etmək əvəzinə, olan – qalan ümidini də məhv edib, onları canlarından bezdirirlər.

Bugün valideynlərlə uşaqların arasındakı “mentalitet” adı altında pərdə Azərbaycan ailələrinin ən böyük məğlubiyyətidir. Ata – anasına öz fikirlərini, ürəyindən keçənləri, söyləyən uşaqlara, hətta tərbiyəsiz deyənlər də az deyil. Onların arasındakı uçurum uşaqların həyatına belə mənəvi cəhətdən son qoya bilir. Ən çox da atalarla qızların arasındakı “pərdə”. Vasitəçi çox vaxt ana olur…

Əziz valideynlər! Övladlarınızla dost olun! Onların üstünə getməklə, hər vasitə ilə onlara, haqsız olduqlarını deməklə, onların həyatlarını qurmasına, öz yollarını tutmasına mane olmaqla, heç nə əldə edə bilməyəcəksiz. Onların da fikrinə hörmətlə yanaşın, onların şəxsiyyət kimi formalaşmasına dəstək olun. Unutmayın ki, dəstək olmaqla, siz öz övladınızla, bir gün mütləq, qürur duyacaqsınız!……..

“Təhsil millətin gələcəyidir, bəs Azərbaycan təhsili necə?”

Azərbaycanda təhsilin səviyyəsi necədir? Bu suala Misir Mərdanov belə cavab vermişdi: “Azərbaycanda təhsilin səviyyəsi millətin səviyyəsilə eynidir”. Hər il universitetlərdə yüzlərlə tələbə məzun olur. Amma iş tapmağa gələndə böyük bir problem meydana çıxır: müəllim çoxluğu və boş yerlərin çatışmazlığı. Əgər belədirsə niyə ilbəil ölkədə universitetlərə qəbul səviyyəsi aşağı düşür? Məncə bu problemin tək cavabı var: rüşvətxorluq. Hər il təhsil haqqlarını qaldırırlar, aşağı təbəqənin ödənişi ödəməyə gücü yetmir. Bundan başqa hər kəs fikirləşir ki, onsuz da universiteti bitirdikdən sonra yaxşı “dayın” və pulun olmalıdır ki, işə girə biləsən. Bu fikirlə razılaşıram. Bu yaxınlarda iş üçün Bərdə rayon Təhsil Şöbəsinə yaxınlaşdım və yaşadığım kənddə işə düzəlmək istədiyimi bildirdim, cavabında isə məktəbimizdə boş yerin olmadığını eşitdim. Çox qəribədir ki, bizim məktəbdə ingilis dili demək olar ki keçilmir. Belə ki, 3 ildir ki, ali məktəbə tələbə qəbulu olmur. Deyilənə görə bizim məktəbdə 3 ali təhsilli müəllimə var, ona görə boş yer yoxdur. Keyfiyyət olmadıqdan sonra kəmiyyətin nə mənası var axı?!
Yeni qayda haqqında da eşitdim; Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üçün müsabiqə elan edib.. Kollec bitirən tələbələr isə müsabiqəsiz işə qəbul olunurlar. Baxmayaraq ki , hərə bir dana satıb, kollecə qəbul olurlar. Bu kolleclərə “kollec “ demək, məncə, doğru deyil, qısaca “ dana məktəbi” desək, kifayət edər. Beləliklə niyə məktəblərdə vakant yerlərin olmadığı gün kimi aydındır. Bütün bunların nə dərəcədə ədalətli olduğu isə göz qabağındadır…Cənab M.Mərdanov yəqin ki fikrini bununla əlaqələndirir. Bir məsələ də aydındır ki, hadisələrin bu cür axarı millətimizi hara aparır….UÇURUMA………….